Lugansk vilayətinin keçmiş qubernatoru həbs edilib

Digər ölkələr
  • 15 fevral, 2015
  • 12:16
Lugansk vilayətinin keçmiş qubernatoru həbs edilib

Bakı. 15 fevral. REPORT.AZ/ Ukraynada Lugansk vilayətinin keçmiş qubernatoru Oleksandr Yefremov həbs edilib.

"Report" Azadlıq radiosuna istinadla verdiyi xəbərə görə, Ukraynanın baş prokuroru Viktor Şokin fevralın 15-də Kiyevdə bəyan edib ki, Oleksandr Yefremov səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Qeyd edək ki, Yefremov keçmiş prezident Viktor Yanukoviçin tərəfdarlarından biri hesab olunur.

Bəzi iddialara görə, Yefremov Ukrayna şərqindəki separatçılara maliyyə yardımı göstərib.