Yəmən sahillərində yük gəmisi mərmi ilə vurulub

Digər ölkələr
  • 11 avqust, 2026
  • 15:45
Yəmən sahillərində yük gəmisi mərmi ilə vurulub

Qırmızı dənizin cənubunda Yəmənin Əl-Moxa sahillərində yük gəmisi naməlum mərmi ilə vurulub.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımaları üzrə Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

Hadisə nəticəsində xəsarət alanlar var.

Səlahiyyətli orqanlar insidentin başvermə şəraitini araşdırır.