"Lufthansa" şirkətinin təyyarəsi partlayış təhlükəsi səbəbiylə Nyu-Yorka təcili eniş edib

Digər ölkələr
  • 13 dekabr, 2016
  • 05:47
Lufthansa şirkətinin təyyarəsi partlayış təhlükəsi səbəbiylə Nyu-Yorka təcili eniş edib

Bakı. 13 dekabr. REPORT.AZ/ Almaniyanın "Lufthansa" aviaşirkətinə məxsus təyyarə Nyu-Yorkda hava limanında təcili eniş etməli olub.

Bu barədə "Report" ABC telekanalına istinadən xəbər verir.

Aviasiya orqanlarının məlumatına görə, 441-ci reys üzrə Hyustondan Frankfurta uçuş həyata keçirən təyyarə anonim şəxsin telefonla hədə-qorxu gəlməsindən sonra Nyu-Yorkdakı Con Kennedi (JFK) adına hava limanına göndərilib.

Təyyarə hava limanının kənar bölgəsinə yönləndirilib, sərnişinlər göyərtəni tərk edib.

Hazırda mütəxəssislər laynerdə yoxlama işləri aparır.

44 - Tezliklə