Los-Anceles yaxınlığında 4,2 maqnitudalı zəlzələ olub

Digər ölkələr
  • 20 noyabr, 2026
  • 23:48
Los-Anceles yaxınlığında 4,2 maqnitudalı zəlzələ olub

ABŞ-nin Kaliforniya ştatının cənubunda, Los-Anceles yaxınlığında 4,2 maqnitudalı zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 03:25-də (Bakı vaxtı ilə 15:25) qeydə alınıb. Zəlzələnin episentri Los-Anceles dairəsində yerləşən Kommers şəhərindən təxminən 1 kilometr şimal-qərbdə, ocağı isə 15,45 kilometr dərinlikdə olub.

İlkin olaraq zəlzələnin maqnitudası 4,2 qiymətləndirilib, sonradan 4,4-ə yüksəldilib, daha sonra yenidən 4,2 olaraq dəqiqləşdirilib.

Yeraltı təkanlar Kaliforniyanın cənubundakı qonşu şəhərlərdə də hiss olunub.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

44 filmi