Londonda kater Vestminster körpüsünə çırpılıb, beş polis əməkdaşı xəsarət alıb

Digər ölkələr
  • 24 iyul, 2026
  • 23:54
Londonda kater Vestminster körpüsünə çırpılıb, beş polis əməkdaşı xəsarət alıb

Temza çayında hərəkət edən sürət qayığının Vestminster körpüsünə çırpılması nəticəsində London polisinin beş əməkdaşı xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə Skotland Yarddan bildirilib.

Polisin məlumatına görə, toqquşma nəticəsində bir neçə əməkdaş suya düşüb, lakin onlar xilas ediliblər.

"The Guardian" qeyd edib ki, zərbə yüksək səslə müşayiət olunub, bundan sonra üç nəfər Temzaya düşüb.

Hadisə yerinə xilasetmə xidmətləri gəlib və zərərçəkmiş polisləri təxliyə edib. Onların vəziyyəti barədə məlumat verilməyib.

44 - Tezliklə