Londonda gecə klubunda zəhərli maddə sızıntısı baş verib, 600 nəfər təxliyyə edilib

Digər ölkələr
  • 17 aprel, 2017
  • 06:32
Londonda gecə klubunda zəhərli maddə sızıntısı baş verib, 600 nəfər təxliyyə edilib

Bakı. 17 aprel. REPORT.AZ/ Londondakı gecə klublarından birində naməlum zəhərli maddənin sızması nəticəsində azı 11 nəfər yanıq xəsarəti alıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, hadisəyə görə gecə klubundan təxminən 600 nəfər təxliyyə edilib.

Onlardan 200-ü xilasedicilər gəlməmişdən əvvəl özləri məkanı tərk edib.

Hadisə yerinə yanğınsöndürmə briqadaları, təcili-tibbi yardım maşınları və polis əməkdaşları cəlb edilib, əraziyə gedən yollar bağlanıb.

Azı doqquz nəfər xəstəxanaya yerləşdirilib. Polisin məlumatına görə, daha 2 nəfər özü həkimə müraciət edib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır. 

44 - Tezliklə