London vağzalında yanğın səbəbindən 2 min sərnişin təxliyyə edilib

Digər ölkələr
  • 12 iyul, 2017
  • 22:24
London vağzalında yanğın səbəbindən 2 min sərnişin təxliyyə edilib
Foto:Twitter

Bakı. 13 iyul. REPORT.AZ/ Londonun Paddinqton vağzalında yanğınla bağlı həyəcan siqnalının işə düşməsi səbəbindən ərazidən təxminən iki min nəfər təxliyyə edilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, yanğın elektrik lövhəsində qısa qapanmadan baş verib.

Yanğın hazırda söndürülüb, lakin hadisə qatarların hərəkət cədvəlində dəyişikliklərə səbəb olub. Təcili xidmət orqanları hadisə yerində iş aparır.