Livitt: Tramp İsrailin amerikalıların rəyinə təsir göstərməyə çalışması ilə bağlı Venslə razıdır
- 17 iyul, 2026
- 02:54
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp İsrail də daxil olmaqla bir sıra xarici ölkələrin ölkədəki ictimai rəyə təsir göstərməyə çalışması mövqeyini bölüşür.
"Report"un məlumatına görə, Ağ Evin mətbuat katibi Kerolayn Livitt bunu ənənəvi brifinq zamanı Amerika liderinin vitse-prezident Cey Di Vensin açıqlamaları ilə bağlı mövqeyini şərh edərkən bildirib.
"Güman edirəm ki, Prezident xarici ölkələrin ABŞ-də ictimai rəyə təsir göstərmək üçün səy göstərdiyinə şübhəsiz ki, razılaşar. Buna şübhə yoxdur - bu, fundamental faktdır", - Livitt vitse-prezident Cey Di Vensin son açıqlamaları ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən vurğulayıb.
Daha əvvəl, Vens Amerikanın tanınmış komiki və teleaparıcısı Co Roqanın podkastında çıxış edərək İsrail hökuməti daxilində Amerikada ictimai rəyi manipulyasiya edən və hərbi əməliyyatların sonsuz davam etməsi üçün onu formalaşdırmağa çalışan şəxslərin mövcudluğuna eyham vurub. Vitse-prezident qeyd edib ki, İsrail rəhbərliyinin bu nümayəndələri Vaşinqton və Tehran arasında mümkün razılaşmaya qarşı çıxırlar.