Livan İsraili sərhəddə divar tikməsi ilə bağlı BMT-yə şikayət edəcək
Digər ölkələr
- 15 noyabr, 2025
- 22:21
Livan İsrailin cənub sərhədi boyunca demarkasiya olunmuş "mavi xətt"i keçən beton divar inşası ilə bağlı BMT Təhlükəsizlik Şurasına şikayət təqdim etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bunu Milli İnformasiya Agentliyi Prezident Administrasiyasının bəyanatına istinadla yayıb.
Məlumata əsasən, Livan Prezidenti Cozef Aun BMT-nin son hesabatlarına istinad edərək İsrailin inşa etdiyi divarın ölkəsinin təxminən 4 min kvadratmetr ərazisini qanunsuz olaraq zəbt etdiyi üçün şikayət verilməsini tələb edib.
Qeyd edək ki, İsrailin Livan ərazisində apardığı hərbi əməliyyatlar nəticəsində 4 mindən çox insan həlak olub, bir milyondan çox insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.
Son xəbərlər
20:27
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı Nyu-Yorkda işə başlayıb
Xarici siyasət20:18
Foto
Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır
Media20:12
Rubio: Rusiya ilə Ukrayna taxıl və energetika atəşkəsində maraqlıdır
Digər ölkələr20:10
Şərifov: Birgə Komissiyanın 9-cu iclası Bakı və Ər-Riyad arasında əməkdaşlığa mühüm töhfə verəcək
Xarici siyasət20:05
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
Xarici siyasət20:03
Foto
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib
Hərbi20:02
Nyu-Yorkda Azərbaycan-Belarus strateji tərəfdaşlığı müzakirə olunub
Xarici siyasət20:00
Foto
Azərbaycan - Tacikistan matçına start verilib - YENİLƏNİR
Futbol19:58
Foto