Livan əsgərləri Suriya ilə sərhəddə minaya düşüb: ölənlər var

Digər ölkələr
  • 20 avqust, 2017
  • 12:44
Livan əsgərləri Suriya ilə sərhəddə minaya düşüb: ölənlər var

Bakı. 20 avqust. REPORT.AZ/ Livan əsgərləri minaya düşüb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" mənbəyə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Suriya ilə sərhəd yaxınlığında baş verib. Qeyd olunur ki, zirehli maşın minanın üzərindən keçib. Minanın partlaması nəticəsində üç əsgər həlak olub.

Hadisə nəticəsində həmçinin bir hərbçi xəsarət alıb.

44 - Tezliklə