Livan BMT TŞ-dan İsrailə təzyiq göstərməsini tələb edib
Digər ölkələr
- 27 avqust, 2019
- 02:17
Livanın BMT-dəki daimi nümayəndəliyi qurumun Təhlükəsizlik Şurasına və təşkilatın baş katibi Antonio Quterreşə Livanın hava məkanının sonuncu dəfə pozmasına görə İsrail dövlətinə təzyiq göstərməsini tələb edib.
Bu barədə “Report” RİA Novosti-yə istinadən xəbər verir.
Qeyd olunub ki, bazar ertəsi gecə İsrail ordusuna məxsus dronlar Suriya ilə sərhədə yaxın ərazidə yerləşən Livan şəhərindəki Fələstin Azadlıq Təşkilatının, bazar günü gecə isə Beyrutun cənubunda yerləşən “Hizbullah”ın mövqelərinə hücum edib.
Bildirilib ki, dronların biri qəzaya uğrayıb, ikincisi isə partlayaraq şiə hərəkatının mətbuat xidmətinin binasına maddi ziyan vurub.
"Hizbullah" partiyasının lideri Həsən Nəsrullah İsrailin hücumuna qarşı cavab veriləcəyinə söz verib.
Son xəbərlər
11:30
Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib
Xarici siyasət11:19
Rusiya Xarkova hücum edib, ölən və yaralananlar var
Digər ölkələr11:12
"Aston Villa" Matteo Rucerini transfer etmək niyyətindədir
Futbol10:59
Tehranda sənaye obyektində yanğın baş verib, ölən və yaralananlar var
Region10:38
Fərid Talıbov Naqasakinin qubernatoru ilə görüşüb
Xarici siyasət10:29
"Inter Mayami" Neymarı heyətinə qatmaq istəyir
Futbol10:06
Yucin şəhərində Azərbaycan və Dünya Atletikası arasında əməkdaşlıq müzakirə edilib
Fərdi10:04
Netanyahu Qəzzanın HƏMAS-ın nəzarətində olmayan hissəsində yenidənqurma işlərini təsdiqləyib
Digər ölkələr09:34