Litvada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, pilot ölüb
Digər ölkələr
- 21 may, 2026
- 22:28
Litvada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində bir nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Delfi" agentliyi məlumat yayıb.
"Ukrayna istehsalı olan, uçuş aparatının 82 yaşlı sahibi Kazimeras Masilyonis tərəfindən idarə edilən iki yerli yüngül mühərrikli "Aeroprakt A-22" markalı təyyarə Radvilişkis rayonunun Rokonyay kəndi yaxınlığında yerə düşüb. Qəza zamanı pilot həlak olub", - məlumatda bildirilib.
Dəqiqləşdirilib ki, hava gəmisindəki qadın sərnişin xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Sərvətini aqrar biznesdə qazanmış Masilyonis Litvada tanınmış milyonçu idi.
İlkin versiyaya görə, təyyarə aviasiya həvəskarlarının istifadə etdiyi kiçik aerodromun eniş zolağı yaxınlığında yerə düşüb.
Son xəbərlər
13:39
Misir millisinin baş məşqçisi Husam Hasanın müqaviləsinin müddəti uzadılıb
Futbol13:39
Azərbaycan İtaliyaya karbamid tədarükünü bərpa edib
Biznes13:34
Ekspert: "Turist xərclərinin xidmət sahələrinə yönəlməsi üçün balans yaradılmalıdır"
Turizm13:29
Britaniyalı müğənni Bonni Tayler vəfat edib
Şou-biznes13:29
Dünya Bankı: Lüks hotellər Azərbaycanın turizm potensialını tam reallaşdırmaq üçün kifayət etmir
Turizm13:26
ABŞ səfirliyi Azərbaycan diplomatlarını peşə bayramı münasibətilə təbrik edib
Xarici siyasət13:23
Dünya Bankı: Turizmdən daha çox gəlir əldə etmək üçün yerli bizneslərin payı artırılmalıdır
Turizm13:20
İtaliya Rusiya səfirliyinin iki əməkdaşını ölkədən çıxarır
Digər ölkələr13:17