Litva müdafiə xərclərini ÜDM-in 5,38 faizinədək artırır

Digər ölkələr
  • 16 oktyabr, 2025
  • 19:50
Litva müdafiə xərclərini ÜDM-in 5,38 faizinədək artırır

Litva hökuməti 2026-cı il üçün dövlət büdcəsi layihəsini təsdiqləyib və bu layihədə ÜDM-in 5,38 %-i həcmində rekord məbləğdə müdafiə xərcləri nəzərdə tutulub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qərar Nazirlər Kabinetinin iclasında qəbul edilib.

"Təhlükəsizlik sektoru bizim üçün danılmaz prioritetdir. Bu il bütün büdcə maddələri üzrə sabit artım müşahidə olunur ki, bu da bizə 2026-cı il büdcəsində ayrı-ayrı xərc maddələrini artırmağa və müdafiənin maliyyələşdirilməsində ardıcıl artımı təmin etməyə imkan verir", - Litvanın maliyyə naziri Kristupas Vaytekunas jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, Litvanın 2025-ci il büdcəsində müdafiəyə 2,5 milyard avro ayrılıb və bu da ÜDM-in 3,03 %-ni təşkil edir. 2024-cü ildə isə bu tip xərclər ÜDM-in 2,75 %-i həcmində olmuşdu.

Hökumətin təsdiqindən sonra büdcə layihəsi yekun təsdiq üçün Seymə (Parlament) təqdim olunacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti