İsrail parlamentinə yeni sədr seçilib

Digər ölkələr
  • 13 dekabr, 2022
  • 09:41
İsrail parlamentinə yeni sədr seçilib

İsrailin Baş naziri Binyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” Partiyasının üzvü Yariv Levin 25-ci çağırış Knessetin sədri seçilib.

“Report” TASS-a istinadən xəbər verir ki, İsrail televiziyasının xüsusi parlament kanalı sessiyanı canlı yayımlayır.

Parlamentin 120 deputatından 64-ü Y.Levinin sədr seçilməsinə səs verib.