Rubio Moskvanı Ukraynadakı müharibəni mümkün qədər tez bitirməyə çağırıb - YENİLƏNİB-2

Digər ölkələr
  • 24 sentyabr, 2025
  • 21:48
Rubio Moskvanı Ukraynadakı müharibəni mümkün qədər tez bitirməyə çağırıb - YENİLƏNİB-2

ABŞ Dövlət katibi Marko Rubio BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

"Report" Dövlət Departamentinin saytına istinadən xəbər verir ki, Rubio Lavrovla söhbətində ABŞ Prezidenti Donald Trampın qətlləri dayandırmaq çağırışını təkrarlayıb.

Dövlət katibi Moskvanın Rusiya-Ukrayna münaqişəsinin uzunmüddətli həlli istiqamətində mühüm addımlar atmasının vacibliyini də qeyd edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Marko Rubio arasında danışıqlar yekunlaşıb.

"Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 80-ci sessiyası çərçivəsində keçirilən danışıqlar bağlı qapılar arxasında keçirilib və bir saat davam edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-nin Dövlət katibi Marko Rubio BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında görüş keçirirlər.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Görüş BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilir.

Bu gün daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Lavrov Rubio ilə görüş zamanı Rusiyanın Ukraynadakı vəziyyətlə bağlı mövqeyini ABŞ tərəfinə çatdıracaq.

Son xəbərlər

Bütün Xəbər Lenti