Latviyanın qışda qaz problemi olmayacaq

Digər ölkələr
  • 31 iyul, 2022
  • 01:18
Latviyanın qışda qaz problemi olmayacaq

Latviyanın iqtisadiyyat naziri İlze İndriksone bildirib ki, ölkə istilik mövsümü üçün qazla təmin olunacaq.

Bu barədə “Report” “LETA” agentliyinə istinadən xəbər verir.

Onun sözlərinə görə, Latviyanın istilik mövsümü üçün kifayət qədər həcmdə qazı mövcuddur.

“Riqa ilkin olaraq Rusiyadan enerji təchizatı ilə hesablaşmırdı”.