Hemilton "Formula 1"in İspaniya Qran-prisində iştirakını vaxtından əvvəl başa vurub

Formula 1
  • 13 sentyabr, 2026
  • 19:16
Hemilton Formula 1in İspaniya Qran-prisində iştirakını vaxtından əvvəl başa vurub

"Ferrari"nin britaniyalı pilotu Luis Hemilton "Formula 1"in İspaniya Qran-prisində yarışı yeddinci dövrədə başa vurub.

"Report" xəbər verir ki, yarışlar "Madrinq" şəhər trasında keçirilir.

Hemilton əyləclərlə bağlı problemlərə görə mübarizəni dayandırıb. Ümumilikdə yarış 57 dövrədən ibarətdir.

Cari mövsümdə 41 yaşlı pilot ümumi hesabda üçüncü yeri tutur. O, "Formula 1"in yeddiqat çempionudur.