Latviyada SSRİ-dən qalma sonuncu nüvə bazası sökülür

Digər ölkələr
  • 06 fevral, 2017
  • 16:16
Latviyada SSRİ-dən qalma sonuncu nüvə bazası sökülür

Bakı. 6 fevral. REPORT.AZ/ Latviyada keçmiş SSRİ-dən qalmış sonuncu nüvə raket bazasının sökülməsinə başlanılıb.

“Report” xəbər verir ki, bu barədə TASS-a söküntü işlərinin aparan “Demontaza.lv” şirkətindən bildirilib.

“Söküntü işlər yarım il sürəcək və 32 metr dərinliyində olan şaxtanın yeri düz olacaq" - şirkətin direktoru Martınış Malniekes deyib.

M.Malniekesin sözlərinə görə, şaxta 1982-ci ildə tikilib: “Biz ölçmüşük, orada şüalanma yoxdur.”

Ümumiyyətlə, “Dvina P-12” raket-şaxta kompleksi ölkənin Qulbene şəhəri yaxınlığında yerləşir və biri komanda mərkəzi olmaqla kompleksin 4 şaxtadan ibarətdir. Nüvə obyektinin sökülməsinin smeta xərci 189,9 min avrodur. Söküntü işlərinin sifarişçisi isə Latviyanın Müdafiə Nazirliyidir.