Latviya Rusiya ilə sərhəddə iki keçid məntəqəsini bağlayır

Digər ölkələr
  • 12 oktyabr, 2023
  • 21:44
Latviya Rusiya ilə sərhəddə iki keçid məntəqəsini bağlayır

Latviya hökuməti Rusiya ilə sərhəddə iki keçid məntəqəsini - Vientuli və Pededzeni bağlamaq qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə LETA agentliyi məlumat yayıb.

Qətnamə layihəsini hazırlayan Latviya Daxili İşlər Nazirliyi bildirib ki, Vientuli Latviya-Rusiya sərhədində ən aşağı keçid qabiliyyətinə malik sərhəd nəzarət məntəqəsidir.

Vurğulanıb ki, Latviya Xarici İşlər Nazirliyi qərarla bağlı Rusiyanı məlumatlandıracaq.