KXDR Yapon dənizinə doğru üç ballistik raket buraxıb

Digər ölkələr
  • 19 iyul, 2016
  • 05:50
KXDR Yapon dənizinə doğru üç ballistik raket buraxıb

Bakı. 19 iyul. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizinə doğru üç ballistik raket buraxıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə cənubi koreyalı hərbçilər bildiriblər.

Cənubi Koreya Birləşmiş Qərargah Rəisləri Komitəsindən isə raketlərin KXDR-in cənubundakı Hvanhe əyalətindən buraxıldığı dəqiqləşdirilib.

Onlar 500-600 km məsafə qət edib və cənubi koreyalı hərbçilərin sözlərinə görə, bu, ölkə ərazisində istənilən nöqtəni vurmağa bəs edir.