KXDR ilk dəfə olaraq gecə raket sınağı həyata keçirib

Digər ölkələr
  • 28 iyul, 2017
  • 17:59
KXDR ilk dəfə olaraq gecə raket sınağı həyata keçirib
Foto: Globallookpress/ kcnawatch. co

Bakı. 28 iyul. REPORT.AZ/ Şimali Koreya ilk dəfə olaraq gecə saatlarında raket sınağı həyata keçirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, ballistik olduğu ehtimal edilən raketin sınağı, həmçinin ilk dəfə olaraq ucqar Çaqando əyalətində baş tutub.

Yaponiyanın Müdafiə Nazirliyinin məlumatına görə, raket 3 min metr yüksəkliyə çatıb, onun uçuşu 45 dəqiqə çəkib. Ekspertlərin fikrincə, bu, qitələrarası ballistik raket olub. O, Hakkaydo adası yaxınlığında yerə düşüb.