Kuba Vaşinqtonu Havanaya qarşı amansız müharibədə ittiham edib
- 25 iyun, 2026
- 06:12
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ hökuməti Kubaya qarşı amansız müharibə aparır və məqsədi ölkəni xalqının fundamental ehtiyaclarını ödəmək qabiliyyətindən məhrum etməkdir.
"Report"un məlumatına görə, Karib respublikasının Prezidenti Migel Diaz-Kanel bu barədə "X" sosial şəbəkəsində yazıb.
"ABŞ-nin Kubaya qarşı təcavüzü davamlıdır və bizi məğlub edə bilməmələri qarşısında acizlikləri səbəbindən güclənir. Amerika hökuməti əmindir ki, heç bir ölkə belə amansız müharibə altında fəaliyyət göstərə və yaşaya bilməz", - o qeyd edib.
Kuba liderinin sözlərinə görə, Vaşinqtonun gördüyü hər bir tədbir və hərəkət dövlətin gəlir mənbələrinə hücum təşkil edir. Onlar respublikanın maliyyə yollarına, yanacaq təchizatına və texnologiya transferlərinə çıxışını kəsməyə yönəlib.
Diaz-Kanel iqtisadi təzyiqin "konkret və qəddar təsir" göstərdiyini etiraf edib, lakin vurğulayıb ki, Vaşinqton bu şəraitdə "(Kuba xalqının -red) müqavimət göstərmək və yaratmaq qabiliyyətinə heyrandır".