Korrupsiyaya görə tutulan AP-nın keçmiş vitse-prezidenti ev dustaqlığına buraxılacaq

Digər ölkələr
  • 12 aprel, 2023
  • 22:00
Korrupsiyaya görə tutulan AP-nın keçmiş vitse-prezidenti ev dustaqlığına buraxılacaq

Korrupsiya cinayətləri ilə bağlı həbsdə olan Avropa Parlamentinin keçmiş vitse-prezidenti Eva Kayli ev dustaqlığına buraxılacaq.

“Report” xəbər verir ki, bu barədə “LeSoir” nəşri məlumat yayıb.

Qeyd olunub ki, Kayliyə elektron qolbaq taxılacaq. Avropa Parlamentinin keçmiş vitse-prezidenti həbsdə 4 ay olub.

Bundan əvvəl Avropa Parlamentinin Hüquq Məsələləri Komitəsi korrupsiyada şübhəli bilinən iki deputatın - belçikalı Mark Tarabella və italiyalı Andrea Koççolinonun toxunulmazlığından məhrum edilməsini dəstəkləyib.

Ötən ilin dekabrın 11-də isə Avropa Parlamentinin vitse-prezidenti, yunanıstanlı siyasətçi Eva Kayli və daha 3 nəfər Qətərdə keçirilən futbol üzrə dünya çempionatı zamanı korrupsiya faktı ilə bağlı ittiham olunaraq həbs ediliblər.

44 - Tezliklə