Konqonun Ombudsmanı: Müstəmləkə arxivlərinə tam çıxışın təmin edilməsini istəyirik

Digər ölkələr
  • 21 avqust, 2026
  • 10:07
Konqonun Ombudsmanı: Müstəmləkə arxivlərinə tam çıxışın təmin edilməsini istəyirik

Konqo müstəmləkə arxivlərinə tam və maneəsiz çıxışın təmin edilməsini istəyir.

"Report" xəbər verir ki, bunu Konqonun Ombudsmanı Paul Nsapu Mukulu Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçirilən "Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili" mövzusunda beynəlxalq konfransda deyib.

O xatırladıb ki, bu gün - 21 avqust 1925-ci ildə qəbul edilmiş qanunun 101-ci ildönümüdür:

"Həmin qanun Belçika müstəmləkələrinin inzibati idarəetmə çərçivəsinin formalaşdırılması baxımından mühüm mərhələ idi. Biz 101-ci ildə keçmiş müstəmləkə ərazilərindən olan mütəxəssislərin beynəlxalq ekspertlərlə bərabər şəkildə proseslərə cəlb olunması, insan qalıqlarının və digər tarixi materialların mənşə ölkələrinə qaytarılması məsələlərinə diqqət çəkməyə çalışırıq".