Konqoda əsgərlər 100-ə yaxın insanı gülləbaran edib
Digər ölkələr
- 14 fevral, 2017
- 18:07
Bakı. 14 fevral. REPORT.AZ/ Son beş gündə Konqo Demokratik Respublikasında milli ordunun əsgərləri Kamvin Nsapu tayfasından olan, ən azı 100 nəfəri, o cümlədən 39 qadını qətlə yetiriblər.
"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı Cenevrədə keçirilən brifinqdə BMT ali komissarının İnsan Haqları üzrə İdarəsinin mətbuat katibi Liz Trossel məlumat verib.
Faciəvi hadisələr 9-13 fevral tarixləri aralığında ötən ilin avqustunda ölən yerli tayfa başçısı Kamvin Nsapu tərəfdarları ilə ordu arasında toqquşmalar zamanı baş verib. Tayfa həmin rəhbərin adını daşıyır.
Onun sözlərinə görə, əsgərlər maçete və nizə ilə silahlanmış üsyançı qruplara nizamsız şəkildə atəş açıblar.
Silahlı toqquşma Tşimbulu şəhəri və onun qəsəbələrində baş verib.
Son xəbərlər
17:54
Gürcüstan Azərbaycandan yanacaq və sürtkü yağı idxalına çəkdiyi xərci 27 % artırıb
Energetika17:44
TIF prezidenti: "Fars körfəzi Türk dövlətləri regionu üçün uzunmüddətli investisiya mənbəyi ola bilər"
Maliyyə17:43
"Barselona" Juan Kanselu ilə 2029-cu ilədək müqavilə imzalayıb
Futbol17:43
Gürcüstan Azərbaycana avtomobillərin ehtiyat hissələri ixracını 63 % artırıb
Biznes17:39
İspaniyada istilər səbəbindən 4,4 mindən çox insan ölüb
Digər ölkələr17:36
Azərbaycanın 2 qadın güləşçisi dünya çempionatının yarımfinalına yüksəlib
Fərdi17:32
Azərbaycanda turoperatorlar ölkəyə gətirdikləri əcnəbi turistlərə görə subsidiya alacaqlar
Turizm17:27
Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib
Digər ölkələr17:26