Konqoda "Ebola" virusundan 200-dək insan ölüb
Digər ölkələr
- 02 dekabr, 2018
- 02:26
Bakı. 2 dekabr. REPORT.AZ/ Konqo Demokratik Respublikasında 200-dək insan "Ebola" virusunun qurbanı olub.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, epidemiya ölkə tarixində ən böyük miqyasa çatıb.
Ölkənin Səhiyyə Nazirliyi ilk öncə Şimali Kivu vilayətinin Beni şəhərində aşkarlanan və İturi vilayətinə qədər yayılan virus barədə məlumatları açıqlayıb.
Noyabrın 29-dək olan məlumata görə, "Ebola" 426 nəfərdə aşkarlanıb. Onlardan 379 nəfəri virusun daşıyıcısıdır.
198 nəfər virusdan ölüb, 126 nəfər sağalıb. Regionda "Ebola" əleyhinə peyvəndlərin vurulmasına başlanılıb. İndiyədək 37559 nəfərə peyvənd vurulub.
Son xəbərlər
10:30
Foto
Bakıdakı məktəblər dezinfeksiya edilir
Elm və təhsil10:29
Elçin Əmirbəyov: Cənubi Qafqazla bağlı mövzulara minatəmizləmə prosesi də əlavə olunmalıdır
Xarici siyasət10:29
Foto
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Ekologiya10:24
Astanada Türk dövlətlərinin ilk həmkarlar ittifaqı futzal turniri start götürüb
İdman10:19
Vyetnamda 11 nəfər ölüm cəzasına məhkum edilib
Digər ölkələr10:17
Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransının ikinci günü başlayıb, bəyanat qəbul ediləcək
Xarici siyasət10:16
İstanbul bələdiyyəsində yeni əməliyyat: daha 12 nəfər saxlanılıb
Region10:03
Sesk Fabreqas İtaliya A Seriyasında 2025/2026 mövsümünün ən yaxşı baş məşqçisi seçilib
Futbol09:58