Astanada Türk dövlətlərinin ilk həmkarlar ittifaqı futzal turniri start götürüb

İdman
  • 03 sentyabr, 2026
  • 10:24
Astanada Türk dövlətlərinin ilk həmkarlar ittifaqı futzal turniri start götürüb

Astanada Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının futzal üzrə ilk beynəlxalq turniri – "TURKIC CUP 2026" başlayıb.

"Report"un Qazaxıstan bürosu xəbər verir ki, yarışlarda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın həmkarlar ittifaqı komandaları iştirak edir.

Komandalar dairəvi sistem üzrə matçlar keçirəcək, bundan sonra yarışın qalibi və mükafatçıları müəyyənləşəcək.

"TURKIC CUP 2026" türk dövlətləri arasında beynəlxalq həmkarlar ittifaqı əməkdaşlığının, dostluğun və həmrəyliyin möhkəmləndirilməsinə yönəlib. Təşkilatçı qismində Qazaxıstanın Həmkarlar İttifaqları Federasiyası çıxış edir.

Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatı 15 milyondan çox həmkarlar ittifaqı üzvünü özündə birləşdirir və təxminən 48 milyon işçinin maraqlarını təmsil edir. Mükafatlandırma və turnirin bağlanış mərasimi sentyabrın 4-də keçiriləcək.

44 - Tezliklə