Konqoda dəniz özülündə yanğın baş verib
Digər ölkələr
- 02 dekabr, 2016
- 11:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 dekabr. REPORT.AZ/ Konqonun “Foukanda” dəniz özülündə ötən gün yanğın baş verib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın “Eni” şirkəti hadisə zamanı bir nəfərin ölməsi barədə məlumat yayıb.
Həmin şəxs kran operatoru olub və evakuasiya zamanı itib. Yanğın söndürüldükdən sonra isə onu ölü olaraq tapıblar.
Məlumata görə, özüldə olan 45 nəfərdən 5 nəfəri yüngül yanıq xəsarəti alıb.
“Eni” şirkəti yanğının səbəblərinin araşdırıldığını və əlavə məlumat veriləcəyini deyib.
Qeyd edək ki, “Eni” şirkəti Konqonun quru və dəniz ərazisində kəşfiyyat və hasilatla məşğuldur. İtaliya şirkəti “Foukanda” layihəsində 58% payla operatordur.
Son xəbərlər
21:59
Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər
Xarici siyasət
21:48
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Xarici siyasət
21:39
ABŞ-də dizel yanacağı bir ayda 1,6 % ucuzlaşıb
Digər ölkələr
21:35
Foto
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət
21:31
Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb
Mədəniyyət siyasəti
21:31
"Google"un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib
İKT
21:26
İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib
Region
21:20
Trampla Ərdoğan arasında telefon danışığı olub
Region
21:15
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Hadisə