Koalisiya qüvvələrinin Yəmənə endirdiyi zərbələr nəticəsində 11 dinc sakin həlak olub

Digər ölkələr
  • 19 noyabr, 2017
  • 18:47
Koalisiya qüvvələrinin Yəmənə endirdiyi zərbələr nəticəsində 11 dinc sakin həlak olub

Bakı. 19 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının başçılıq ediyi koalisiya qüvvələrinin Yəmənin Əl-Cəuf vilayətinə endirdiyi hava zərbələri nəticəsində azı 11 dinc sakin həlak olub.

"Report"un xəbərinə görə, bu barədə TASS "SABA" agentliyinə istinadən məlumat yayıb.

Bildirilir ki, atılan raket Əl-Məslüb yaşayış məntəqəsindəki yaşayış binasına tuş gəlib. Ölənlərdən 8-i qadın və 3-ü uşaqdır. 

Xatırladaq ki, Yəməndə hökumət qüvvələri və qiyamçı hüsilər arasında qarşıdurma 2014-cü ilin avqust ayından davam edir.