Klinton Kaliforniyada demokratların praymerizində qələbə qazanıb

Digər ölkələr
  • 08 iyun, 2016
  • 12:29
Klinton Kaliforniyada demokratların praymerizində qələbə qazanıb

Bakı. 8 iyun. REPORT.AZ/ ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Demokratik Partiyanın Kaliforniyadakı praymerizində qələbə qazanıb.

"Report" xəbər verir ki, beləliklə, H.Klinton  prezidentliyinə namizədliyinin irəli sürülməsi üçün partiya mübarizəsində liderliyini qəti şəkildə möhkəmləndirib. 

Daha əvvəl H.Klinton partiya qurultay heyətinin yetərli səsini toplayıb. 

Demokratların prezidentliyə digər namizədi - senator Berni Sanders isə Montana və Şimali Dakota ştatlarındakı ilkin seçkilərədə qalib gəlib.

Əsas rəqibindən xeyli geri qalmasına baxmayaraq, B.Sanders məğlubiyyətini etiraf etməkdən imtina edib və bildirib ki, demokratların Vaşinqtondakı praymerizində qazanmaq niyyətindədir.