Klimenko: Son sutka ərzində Rusiyanın Ukraynaya zərbələri nəticəsində 14 nəfər ölüb
Digər ölkələr
- 04 may, 2026
- 22:59
Rusiya hərbçilərinin bu gün Ukraynanın yeddi regionunu atəşə tutması nəticəsində 14 nəfər ölüb, 60-a yaxın insan yaralanıb.
"Report" xəbər verir ki, bunu Ukraynanın daxili işlər naziri İqor Klimenko "Telegram" kanalında bildirib.
"Ən çox Xarkov vilayətindəki Merefa zərər çəkib. Orada 7 nəfər həlak olub. Zaporojyedəki Volnyanskda məbədin ərazisinə zərbə dəyib. İki nəfər həlak olub. Eyni zamanda, Rusiya Silahlı Qüvvələri energetikaya hücumlarını davam etdirir. Bu gün Dnepropetrovsk, Xarkov və Çerniqov vilayətinə zərbələr endirilib", – o yazıb.
Nazirin sözlərinə görə, xilasedicilər və polislər yaralıların təxliyəsini, yanğınların söndürülməsini və dağıntıların təmizlənməsini davam etdirirlər. Zərərçəkənlərə bütün lazımi yardım göstərilir.
Son xəbərlər
16:41
Azərbaycan və Ekvador diplomatik, rəsmi və xidməti pasport sahiblərini viza tələbindən azad edir
Xarici siyasət16:35
Azərbaycanda istilik itkilərinin xüsusi çəkisi cüzi azalıb
Energetika16:34
Foto
Azərbaycan və Ekvador arasında ilk siyasi məsləhətləşmələr keçirilib
Xarici siyasət16:33
Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-aprel, 2026)
Maliyyə16:28
Həlak olan minatəmizləyənlərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
Daxili siyasət16:27
Pit Heqset: Hörmüz boğazından keçid zamanı İranın sərhədləri pozulmayacaq
Digər ölkələr16:26
Nurəli Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib
Daxili siyasət16:25
İƏT-in Təmiz Enerji Mərkəzi ilə imzalanmış "Ev Sahibi Ölkə Sazişi" təsdiq edilib
Biznes16:24