KİV: Venesuela Prezidenti Rusiyadan hərbi yardım istəyib

Digər ölkələr
  • 01 noyabr, 2025
  • 01:05
KİV: Venesuela Prezidenti Rusiyadan hərbi yardım istəyib

ABŞ-nin hərbi qüvvələrinin Karib dənizində artması fonunda Venesuela Prezidenti Nikolas Maduro Rusiyadan raketlər, radarlar və təkmilləşdirilmiş təyyarələr istəyib.

"Report"un məlumatına görə, bu barədə "The Washington Post" məxfi sənədlərə istinadən xəbər verib.

Məlumata görə, hakimiyyət ölkənin müdafiəsini gücləndirmək üçün həmçinin Çin və İrandan da hərbi yardım, avadanlıq istəyib. Maduro Çin Sədri Si Cinpinə ünvanladığı məktubda ABŞ və Venesuela arasında münasibətlərin gərginləşməsinə qarşı çıxmaq üçün iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsini istəyib.

"Maduro Çin hökumətindən radiolakasiya sistemlərinin istehsalını sürətləndirməsini istəyib ki, Venesuela öz imkanlarını genişləndirə bilsin", - məlumatda bildirilir.

İran tərəfi ilə Venesuelanın Nəqliyyat Nazirliyinin rəhbəri Ramon Selestino Velaskez əlaqə saxlayır. Bu yaxınlarda hərbi texnika və PUA tədarükünü koordinasiya edən nazir İrana səfər etməyi planlaşdırır.

Son xəbərlər

Bütün Xəbər Lenti