KİV: Tramp yeni enerji layihələrinin maliyyələşməsini 12 milyard dollar azaltmağı planlaşdırır

Digər ölkələr
  • 08 oktyabr, 2025
  • 02:41
KİV: Tramp yeni enerji layihələrinin maliyyələşməsini 12 milyard dollar azaltmağı planlaşdırır

Tramp administrasiyası ABŞ-nin böyük neft şirkətləri tərəfindən dəstəklənən hidrogen layihələrinin maliyyələşdirilməsi də daxil olmaqla, təxminən 12 milyard dollarlıq enerji layihələrini ləğv etməyi düşünür.

"Report"un məlumatına görə, "Bloomberg" əldə etdiyi layihələrin siyahısını təqdim edib.

Nəşrin məlumatına görə, o cümlədən "Exxon Mobil Corp" və "Chevron Corp"un dəstəyi ilə həyata keçirilən Texas mərkəzi də daxil olmaqla milyardlarla dollar dəyərində hidrogen layihələrinin ləğvi planlaşdırılır.

ABŞ-nin Energetika Nazirliyinin sözçüsü Ben Ditderix daha əvvəl elan edilənlərdən başqa layihələrin ləğvi ilə bağlı heç bir qərarın verilmədiyini bildirərək, qurumun belə bir siyahının mövcudluğunu təsdiq edə bilməyəcəyini söyləyib.

Əgər həyata keçirilsə, potensial ixtisarlar, keçən həftə elan edilən, hidrogen istehsalı layihələrini də əhatə edən 7,6 milyard dollarlıq layihənin ləğvinə əlavə olacaq.

Bundan əlavə, nəşr xatırladır ki, "Occidental Petroleum Corp"un törəmə şirkəti tərəfindən həyata keçirilən atmosfer karbonunun birbaşa tutulması layihəsi də daxil olmaqla, may ayında 3,7 milyard dollar dəyərində layihələr ləğv edilib.

Həmin vaxt Tramp administrasiyası keçmiş prezident Co Bayden dövründə ayrılan təxminən 15 milyard dollarlıq layihələri ləğvini nəzərdən keçirdiyini bildirmişdi.

Son xəbərlər

Bütün Xəbər Lenti