KİV: Pakistan və Əfqanıstan arasında atəşkəsin müddəti uzadılıb

Digər ölkələr
  • 17 oktyabr, 2025
  • 22:30
KİV: Pakistan və Əfqanıstan arasında atəşkəsin müddəti uzadılıb

Pakistan və Əfqanıstan arasında atəşkəs rejiminin müddəti uzadılıb.

"Report"un məlumatına görə, bu barədə Pakistanın "Dawn" nəşri diplomatik dairələrdəki yüksək səviyyəli mənbəyə istinadən xəbər yayıb.

"Müvəqqəti atəşkəs "Taliban" hökumətinin xahişi ilə uzadılıb", - nəşrin müsahibi qeyd edib.

Onun sözlərinə görə, Pakistan nümayəndə heyəti artıq münaqişənin tənzimlənməsi üzrə danışıqların keçirilməsi gözlənilən Dohaya gəlib. Əfqanıstanın nümayəndə heyətinin isə şənbə günü Qətərin paytaxtına gələcəyi ehtimal olunur. Mənbənin sözlərinə görə, atəşkəs danışıqlar başa çatanadək davam edəcək.

Xatırladaq ki, oktyabrın 15-də Pakistan XİN iki ölkənin növbəti 48 saat ərzində müvəqqəti atəşkəs barədə razılığa gəldiyini bildirmişdi. Atəşkəs Bakı vaxtı ilə saat 17:00-da qüvvəyə minib.

Son xəbərlər

Bütün Xəbər Lenti