KİV: "Mossad" Qətərdə "HƏMAS" liderlərini öldürmək əməliyyatından imtina edib

Digər ölkələr
  • 13 sentyabr, 2025
  • 04:40
KİV: Mossad Qətərdə HƏMAS liderlərini öldürmək əməliyyatından imtina edib

İsrailin "Mossad" kəşfiyyat xidməti Qətərlə münasibətlərin pozulması qorxusuna görə Dohada radikal Fələstinin "HƏMAS" hərəkatının liderlərini öldürmək planından imtina edib.

"Report" xəbər verir ki, bu barədə "The Washington Post" İsrail mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, "Mossad" həftələrdir ki, Dohada "HƏMAS" nümayəndələrini məhv etmək üçün məxfi xidmət agentlərindən istifadə etmək planı hazırlayıb.

Bununla belə, "Mossad" rəhbəri David Barnea planın həyata keçirilməsinə qarşı çıxır, çünki rəsmilərin aradan qaldırılması Qətər tərəfi ilə uzun illər əməkdaşlıq nəticəsində qurulmuş münasibətlərin pozulmasına səbəb ola bilər.

İsrail kəşfiyyatı ölkə ordusunun yerdə agentlərdən istifadə etmək əvəzinə 15 döyüş təyyarəsi ilə hava hücumu həyata keçirməsini də istəməyib. Qeyd olunub ki, "Mossad"ın planı yerinə yetirməkdən imtina etməsi İsrail təhlükəsizlik qurumu daxilində geniş miqyaslı ziddiyyətləri əks etdirir.

Son xəbərlər

Bütün Xəbər Lenti