ABŞ və Rusiya təyyarələri Aralıq dənizi üzərində təhlükəli məsafədə uçub

Digər ölkələr
  • 17 fevral, 2022
  • 00:09
ABŞ və Rusiya təyyarələri Aralıq dənizi üzərində təhlükəli məsafədə uçub

ABŞ və Rusiya təyyarələri Aralıq dənizində ötən həftə bir neçə dəfə təhlükəli şəkildə bir-birinə yaxın uçublar.

"Report" xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ Müdafiə Nazirliyinin nümayəndələrinə istinadən məlumat yayıb.

İnsidentlər fevralın 11 və 12-də beynəlxalq hava məkanında baş verib.

Nəşr iddia edir ki, Rusiyanın üç Su-35 qırıcısı Amerikanın üç P-8A kəşfiyyat təyyarəsinin uçuş yolunu keçib. Bir anda iki ölkənin təyyarələri bir-birindən 5 metr) məsafədə olublar.

Pentaqon iki hadisəni təhlükəli, üçüncünü isə qeyri-peşəkar kimi qiymətləndirib.

“Biz narahatlığımızı diplomatik kanallar vasitəsilə Rusiya rəsmilərinə çatdırmışıq. Heç bir tərəf zərər görməsə də, bu cür hərəkətlər təhlükəli fəsadlara gətirib çıxara bilər”, - ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı Mayk Kafka bildirib.

44 - Tezliklə