Tramp Ukraynaya uzaqmənzilli raketlərin istifadəsinə icazə verildiyinə dair xəbərləri təkzib edib - YENİLƏNİB

Digər ölkələr
  • 23 oktyabr, 2025
  • 01:13
Tramp Ukraynaya uzaqmənzilli raketlərin istifadəsinə icazə verildiyinə dair xəbərləri təkzib edib - YENİLƏNİB

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, "The Wall Street Journal" nəşrinin Ukraynanın müttəfiqlər tərəfindən təchiz edilmiş uzaqmənzilli raketlərdən istifadəsinə qoyulan əsas məhdudiyyəti aradan qaldırması barədə yaydığı məlumat həqiqətə uyğun deyil.

"Report"un məlumatına görə, Amerika lideri bu barədə "Truth Social"da yazıb.

"The Wall Street Journal"ın ABŞ-nin Ukraynaya uzaqmənzilli raketlərlə Rusiyanın dərinliyinə zərbələr endirməyə icazə verməsi barədə məqaləsi yalan xəbərdir", - deyə o yazıb.

"Bu raketlərin haradan gəldiyindən və Ukraynanın onlarla nə etdiyindən asılı olmayaraq, ABŞ-nin onlarla heç bir əlaqəsi yoxdur!" - Tramp bildirib.

ABŞ Ukraynaya Qərb istehsalı olan "Storm Shadow" uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verib.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

"ABŞ Ukraynanın müttəfiqlər tərəfindən təchiz edilmiş uzaqmənzilli raketlərdən istifadəsinə qoyulan əsas məhdudiyyəti aradan qaldırıb. Məhdudiyyətin aradan qaldırılması Kiyevə Rusiya daxilində hədəflərə hücumları gücləndirməyə və Kremlə daha böyük təzyiq göstərməyə imkan verəcək", - nəşr yazıb.

Mənbələr bildiriblər ki, qərar bu cür hücumları təsdiqləmək səlahiyyətinin müharibə naziri Pit Heqsetdən ABŞ-nin Avropadakı qüvvələrinin ali komandanı, həmçinin NATO komandanı general Aleksus Qrinkieviçə ötürülməsindən sonra verilib.

Təyyarələrdən buraxılan "Storm Shadow" raketləri 300 km məsafədəki hədəfləri vura bilir.

Son xəbərlər

Bütün Xəbər Lenti