KİV: ABŞ Ədliyyə Nazirliyi BLM təşkilatını ianələri mənimsəməkdə şübhəli bilir

Digər ölkələr
  • 31 oktyabr, 2025
  • 05:13
KİV: ABŞ Ədliyyə Nazirliyi BLM təşkilatını ianələri mənimsəməkdə şübhəli bilir

ABŞ Ədliyyə Nazirliyi "Black Lives Matter" (BLM) hərəkatının rəhbərləri barəsində ianə edilmiş vəsaitlərin məqsədyönlü istifadə olunmaması ilə bağlı istintaq aparır.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" (AP) agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, son həftələr ərzində federal hüquq-mühafizə orqanları bir neçə çağırış vərəqəsi və ən azı bir axtarış orderi verib. Yoxlamalar "Black Lives Matter Global Network Foundation" xeyriyyə fondunu və irqi ayrı-seçkiliyə qarşı çıxan daha bir neçə təşkilatı əhatə edir. Agentliyin məlumatına görə, araşdırma hələ keçmiş ABŞ lideri Co Baydenin dövründə başlayıb və Donald Tramp administrasiyasının diqqət mərkəzinə düşüb.

Qeyd olunub ki, sözügedən fond 2020-ci ildə afroamerikalı Corc Floydun polis tərəfindən saxlanılarkən həyatını itirməsindən sonra ölkə miqyasında baş qaldıran etirazlar fonunda 90 milyon dollardan çox ianə toplayıb. "Associated Press"in bildirdiyinə görə, təşkilat tez-tez toplanan vəsaitlərin istifadəsində şəffaflığın olmaması ilə bağlı tənqid edilib. Araşdırmanın cinayət ittihamlarına gətirib çıxarıb-çıxarmayacağı hələlik məlum deyil.

Son xəbərlər

Bütün Xəbər Lenti