Kim Çen In: KXDR hegemonluq və ya ekspansiya iddiasında deyil

Digər ölkələr
  • 23 noyabr, 2026
  • 07:11
Kim Çen In: KXDR hegemonluq və ya ekspansiya iddiasında deyil

Koreya Xalq Demokratik Respublikası (KXDR) hegemonluq və ya ekspansiya siyasəti yürütmür və suverenliyinə hörmət edən dövlətlərlə dostluq münasibətlərini inkişaf etdirməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen In 10 ölkənin səfirlərinin etimadnamələrinin təqdim edilməsi mərasimində çıxışı zamanı bildirib.

O qeyd edib ki, KXDR-in xarici siyasətinin əsas dəyərləri sülh, inkişaf və rifahdır. Kim Çen In vurğulayıb ki, Pxenyan hegemonluğa və ekspansiyaya can atmır, güc tətbiqi və məcburetmə Şimali Koreyanın xarici siyasət prinsiplərinə ziddir.

Şimali Koreya liderinin sözlərinə görə, ölkə qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda prinsiplərinə əməl edən bütün dövlətlərlə əlaqələri möhkəmləndirmək niyyətindədir.

O, həmçinin beynəlxalq vəziyyətin qeyri-sabit olduğu bir şəraitdə hökumətin əsas vəzifəsinin ölkənin suverenliyini, təhlükəsizliyini və inkişaf hüququnu qorumaq olduğunu bildirib.

44 filmi