Kim Çen İn ABŞ və Cənubi Koreyaya xəbərdarlıq edib

Digər ölkələr
  • 05 oktyabr, 2025
  • 05:24
Kim Çen İn ABŞ və Cənubi Koreyaya xəbərdarlıq edib

Şimali Koreyada ardıcıl üçüncü ildir keçirilən illik müdafiə sərgisini ölkə lideri Kim Çen İn dövlətin hərbi imkanlarını modernləşdirmək və inkişaf etdirmək layihələrinin "nəticəsi" adlandırıb.

"Report"un Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, sərgidə çıxış edən Kim Çen Cənubi Koreya və ABŞ-ni nüvə əməliyyatı ssenarisi əsasında müxtəlif təlimlər keçirməkdə və Cənubi Koreya ilə yanaşı, daha geniş regionda müdafiə imkanlarını genişləndirməkdə ittiham edib.

"Biz ABŞ-nin strateji zərbə və kəşfiyyat vasitələrinin yerləşdirilməsini və dövlətimizin təhlükəsizliyinə yeni mümkün təhdidlərlə bağlı düşmən hərəkətlərini diqqətlə izləyirik", - Şimali Koreya lideri deyib.

"Onlar özləri qərar verməlidirlər ki, Cənubi Koreya təhlükəsiz yer olacaqmı?" - o xəbərdarlıq edib.

Son xəbərlər

Bütün Xəbər Lenti