Kaya Kallas: Aİ Rusiyaya qarşı növbəti sanksiyalar üzərində işləyir

Digər ölkələr
  • 16 may, 2025
  • 12:18
Kaya Kallas: Aİ Rusiyaya qarşı növbəti sanksiyalar üzərində işləyir

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı növbəti sanksiyalar paketi üzərində işləyir.

“Report”un Albaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

"Bizim 17-ci paketimiz var. İndi növbəti paket üzərində işləyirik", - o qeyd edib.

K.Kallasın sözlərinə görə, bu sanksiyalar enerji sektoruna aid olacaq: "Düşünürəm ki, siyasi təcrid Rusiyaya təzyiq göstərmək üçün vacibdir və bu məsələdə hamımız birlik olmalıyıq. Çünki biz aydın görürük ki, Rusiya sülh istəmir".