Kataloniyada bölgə parlamentinə seçkilər keçirilir
Digər ölkələr
- 27 sentyabr, 2015
- 10:46
Bakı. 27 sentyabr. REPORT.AZ/ İspaniyanın Kataloniya bölgəsində bu gün səsvermə məntəqələri açılıb. “Report”un BBC-yə istinadən verdiyi xəbərə görə, bölgənin milliyyətçi partiyaları bu seçkiləri gələcəkdə Kataloniyanın İspaniyadan ayrılmasına yol açan bir hadisə kimi dəyərləndirir.
İki separatçı partiya səylərini birləşdirərək regional parlamentdə səs çoxluğunu, yəni 135-dən azı 68 mandat qazanacaqlarına ümidlidir.
Həmin partiyalar hesab edir ki, bu halda yaxın 18 ay ərzində onlar birtərəfli qaydada müstəqillik elan edə bilərlər.
İspaniya rəsmiləri bucür cəhdlərin qarşısını alacaqları barədə xəbərdarlıq ediblər.
Rəy sorğuları kataloniyalıların əksəriyyətinin referendum keçirilməsi ideyasını dəstəklədiyini göstərir.
Son xəbərlər
19:31
İnterpol xətti ilə axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya ediləcək
Hadisə19:28
Səudiyyə Ərəbistanına aid tanker hücuma məruz qalıb
Digər ölkələr19:26
Foto
Bakıda 40 küçə və prospektdə yolların təmir işləri başa çatdırılıb
İnfrastruktur19:16
Video
"Baku TV": Kalyan minarəsi Buxaranın tarixini bu günə daşayan möhtəşəm abidələrdən biridir
Media19:16
Ofir Martsiano: "Sabah"la oyun bizim üçün çox əhəmiyyətlidir"
Futbol19:14
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb
Elm və təhsil19:11
Fransada yuxarı siniflərdə mobil telefonlar qadağan edilib
Digər ölkələr19:03
58 947 nəfər ali məktəblərə qəbul olub - YENİLƏNİB
Elm və təhsil19:00