Ofir Martsiano: "Sabah"la oyun bizim üçün çox əhəmiyyətlidir"

Futbol
  • 24 avqust, 2026
  • 19:16
Ofir Martsiano: Sabahla oyun bizim üçün çox əhəmiyyətlidir

"Sabah"la oyun İsrailin "Hapoel" (Beer-Şeva) komandası üçün çox əhəmiyyətlidir.

"Report" xəbər verir ki, bu barədə Beer-Şeva təmsilçisinin qapıçısı Ofir Martsiano mətbuat konfransında deyib.

36 yaşlı qolkiper Bakıda "Sabah"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçı haqqında fikirlərini bölüşüb:

"Özümüzü yaxşı hiss edirik. Bizim üçün çox əhəmiyyətli oyundur. Komandamıza inanırıq. Tam olaraq matça köklənmişik. Asan olmayacağını da bilirik. Qələbə qazanmaq istəyirik. Yolun astanasındayıq. Oyunun əhəmiyyətini anlayırıq. Sabah çox vacib matça çıxacağıq. İlk görüşdə qələbə qazanmışıq. Hər işin öz çətinliyi, problemi var. Bütün çətinliklər bizi daha da gücləndirir".

Qeyd edək ki, qarşılaşma avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Tərəflər arasında Rumıniyanın paytaxtı Buxarestdə baş tutan ilk oyun "Hapoel"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.