Kataloniya hökuməti müstəqillik haqqında referendumdan imtina edib
- 14 oktyabr, 2014
- 06:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 oktyabr. REPORT.AZ/ Kataloniya hökuməti İspaniyadan ayrılma haqqında referendumu ləğv etmək qərarına gəlib. "Report" Reuters-ə istinadən xəbər verir ki, bu barədə regionun rəhbəri Artur Mas muxtar vilayətinin ayrılmasının tərəfdarı olan üç millətçi siyasi partiyanın rəhbərləri ilə keçirdiyi 9 saatlıq görüşdən sonra bildirib.
Kataloniyanın rəhbəri hesab edir ki, hüquq təminatlarının olmaması səbəbindən səsvermə keçirilə bilməz.
Sentyabr ayının 30-da Kataloniya hökuməti referenduma hazırlığı dayandırmaq qərarına gəliblər. Region hökumətinin mətbuat katibi Fransesk Xoms bildirib ki, region müstəqillik uğrunda mübarizəsini davam etdirəcək.
Qeyd edək ki, referendumun noyabr ayının 9-da keçirilməsi nəzərdə tutulurdu.