Karakasda saxlanılan amerikalı jurnalist deportasiya edilib - YENİLƏNİB

Digər ölkələr
  • 07 mart, 2019
  • 02:58
Karakasda saxlanılan amerikalı jurnalist deportasiya edilib - YENİLƏNİB

Bakı. 7 mart. REPORT.AZ/ Venesuela hökuməti Karakasda saxlanılan amerikalı jurnalist Kodi Ueddlı çərşənbə günü axşam ölkədən deportasiya edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "El Nacional" qəzeti məlumat yayıb.

Venesuela KİV Əməkdaşlarının Milli Həmkarlar İttifaqının məlumatına görə, Ueddl və onun həmkarı Karlos Kamaço ölkənin Hərbi Əks-kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən dindirilib. Ueddl və Kamaço 12 saat nəzarət altında saxlanılıb.


***00:46

Bakı. 7 mart. REPORT.AZ/ Amerikalı jurnalist Kodi Ueddl çərşənbə günü Karakasda Venesuela hakimiyyəti nümayəndələri tərəfindən saxlanılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Bildirilir ki, 29 yaşlı Ueddl Venesuelanın paytaxtında 2014-cü ildən müstəqil jurnalist kimi fəaliyyət göstərib və Venesuela müxalifətinin lideri Xuan Quaidonun bu yaxınlarda Karakasa qayıdışının işıqlandırılmasında iştirak edib.

Teleşirkət Venesuela Jurnalistlər İttifaqına istinadən xəbər verir ki, Ueddlın həmkarı Karlos Kamaço da saxlanılıb.

Məlumata görə, Florida ştatının respublikaçı senatoru Rik Skott Ueddlın həbsi ilə bağlı bəyanatla çıxış edərək, bunu "qəbuledilməz" adlandırıb:

"Onu dərhal azad etmək lazımdır və ABŞ belə hədə-qorxuya səbr edən deyil".