Kanadanın Baş nazirindən Novruz bayramı münasibətilə təbrik paylaşımı

Digər ölkələr
  • 19 mart, 2023
  • 00:50
Kanadanın Baş nazirindən Novruz bayramı münasibətilə təbrik paylaşımı

Kanadanın Baş naziri Castin Trüdo tvitter hesabında Novruz bayramı münasibətilə təbrik paylaşımı edib.

“Report” xəbər verir ki, o, Novruz şənliklərinin tez-tez bütün icmaları bir araya gətirdiyini vurğulayıb.

Hökumət başçısı səmimi arzularını da çatdırıb. “Novruz bayramınız mübarək! Qarşıdakı ildə cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram”, - Castin Trüdo qeyd edib.

44 - Tezliklə