Kanadada təyyarə qəzaya uğrayıb, ölən və yaralanan var
Digər ölkələr
- 03 avqust, 2018
- 01:41
Bakı. 3 avqust. REPORT.AZ/ Kanadada hidrotəyyarə qəzaya uğrayıb.
"Report"un məlumatına görə, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, hadisə Britaniya Kolumbiyası vilayətində baş verib. Səmaya qalxan hidrotəyyarə az sonra Tayoton gölünə düşüb. Hadisə zamanı hava maşınında pilot və 2 sərnişin olub. Əraziyə gələn xilasedicilər 20 yaşlı sərnişinin cəsədini aşkarlayıblar. Onun həmyaşıdı olan pilot ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Daha bir sərnişin isə itkin düşüb. Hazırda onun axtarışları aparılır.
Şahidlərin sözlərinə görə, təyyarə səmaya qalxdıqdan dərhal sonra yerə düşüb. Qəzanın səbəbləri araşdırılır.
Son xəbərlər
23:32
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
Digər ölkələr23:25
Video
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
Hərbi23:17
Azərbaycan millisi çimərlik güləşi üzrə Dünya Seriyasında birinci olub
Fərdi23:08
Foto
Video
İmişli Şəkər Zavodunda yanğın olub
Hadisə22:57
Serbiya Prezidenti 49 nəfəri əfv ediyini bildirib
Digər ölkələr22:46
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri 5-ci və 16-cı yeri tutublar
Fərdi22:37
Foto
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Hadisə22:13
Serbiya Prezidenti vəzifəsindən istefa verib
Digər ölkələr22:10