Kanadada sərnişin təyyarəsi "tüstülənmə" səbəbindən aeroporta qayıdıb

Digər ölkələr
  • 04 fevral, 2017
  • 01:35
Kanadada sərnişin təyyarəsi tüstülənmə səbəbindən aeroporta qayıdıb

Bakı. 4 fevral. REPORT.AZ/ Kanadanın Kalqari şəhər aeroportunda sərnişin təyyarəsində insident baş verib.

"Report" xəbər verir ki, bu bardə CBC-yə istinadən TASS məlumat yayıb.

İlkin məlumatlara görə, Kanadanın Kalqaridən Torontoya uçan "WestJet" aviaşirkətinə məxsus təyyarədə tüstülənmə siqnalı işə düşüb. Heyət komandiri hava limanına geri qayıtmaq barədə qərar qəbul edib.

İnsident nəticəsində xəsarət alan olmayıb. Hadisənin səbəbləri araşdırılır.