Kambocada bina uçub, ölənlər və xəsarət alanlar var - FOTO
Digər ölkələr
- 22 iyun, 2019
- 03:55
Kambocada tikilməkdə olan bina uçub.
"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Qeyd edilir ki, hadisə ölkənin cənubunda Prea-Sianukvil əyalətində qeydə alınıb. İnşa edilən binanın dağılması nəticəsində azı 3 nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb.
"Bəzi insanlar, əsasən inşaatçılar, dağıntılar altında qalıblar. Ölənlərin və xəsarət alanların sayı hələ dəqiq məlum deyil", - deyə hüquq-mühafizə orqanlarından bildirilib.
Öz növbəsində vilayətin qubernatoru Yun Min bildirib ki, dağıntılar altında azı 3 nəfərin meyiti tapılıb, hadisə zamanı təxminən 10 nəfər yaralanıb. Uçqunların altından insanların çıxarılması davam edir.
"Agency France Presse" nəşrinin məlumatına görə, dağıntılar altında daha 30 nəfər qalıb.
Son xəbərlər
10:41
Azərbaycanda yeni kalsinasiya və anodbişirmə zavodu tikiləcək
Sənaye10:39
Xankəndi stadionunda təmir işlərinin ayın sonunadək başa çatdırılması planlaşdırılır
Futbol10:38
Qazaxıstan infrastrukturun inkişafına 6 milyard dollar cəlb etməyi planlaşdırır
Region10:37
İsti Briketlənmiş Dəmir zavodunun təchizatı üçün qaz kəməri əsaslı təmir ediləcək
Sənaye10:37
Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 20 %-ə yaxın artıb
İnfrastruktur10:34
Naxçıvanda tanınmış atlet dələduzluqda təqsirli bilinərək həbs edilib
Hadisə10:33
Foto
Dövlət Xidməti Bərdədə gənclər üçün tədbir keçirib
Sosial müdafiə10:32
Biləsuvarda dinin siyasiləşdirilməsinin yaratdığı risklərə həsr olunan regional konfrans keçirilir
Din10:31