Kaliforniyada veteranlar evində girov götürülən 3 nəfər və cani ölü tapılıb - YENİLƏNİB

Digər ölkələr
  • 10 mart, 2018
  • 04:17
Kaliforniyada veteranlar evində girov götürülən 3 nəfər və cani ölü tapılıb - YENİLƏNİB

Bakı. 10 mart. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatında yerləşən veteranlar evində girov götürülən 3 nəfərin və cinayətkarın meyiti aşkar edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis nümayəndəsinə istinadən "Reuters" məlumat yayıb.


***00:05

Bakı. 10 mart. REPORT.AZ/ Cümə günü silahlı şəxs ABŞ-ın Kaliforniya ştatının Yontvil şəhərində müharibə iştirakçıları sırasından olan minə yaxın yaşlı veteran və əlilin yaşadığı müəssisədə 3 nəfəri girov götürüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli yanğın mühafizəsi xidmətinin nümayəndəsinə istinadən "Associated Press" məlumat yayıb.

Yerli şerif idarəsinin "Twitter" mikrobloqunda kompleksə yaxınlaşmamağın tövsiyyə olunduğu xəbərdarlıq dərc olunub.

44 - Tezliklə